”Zirə” 1 qolla “Turan”a öz yerini göstərdi, gümüşə yiyələndi

2 May 2025 21:56 Premyerliqa 858
”Zirə” 1 qolla “Turan”a öz yerini göstərdi, gümüşə yiyələndi

Premyer Liqanın XXXIII turuna bu gün bir oyunla start verilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" açılış matçında "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.

Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb. Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

XXXIII tura mayın 4-də yekun vurulacaq.

20:00. "Zirə" – "Turan Tovuz" 1:0

Qol: Salifu Suma, 48

Qırmızı vərəqə: Qismət Alıyev, 58 ("Zirə")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO