Azərbaycanda komandalar öz aralarında “sülh and"ı içib?

30 Aprel 2025 02:20 Premyerliqa 584
Azərbaycanda komandalar öz aralarında “sülh and"ı içib?

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın XXXII turunun 4 matçı heç-heçə bitib.

“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.

Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib.

Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” – “Rəvan” oyunları qolsuz bitibsə, “İnter” – “Bakı” matçında 1:1, AZAL – “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb.

“Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...