
Premyer Liqada 32-ci turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.
Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb.
Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.
"Sabah" isə turnir cədvəlində 40 xalla 5-ci yerdədir.
“Səbail” – “Araz-Naxçıvan” 1:1
Qollar: Marko Nikoliç 76 // Ülvi İsgəndərov 30
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namik HüseynovASCO Arena.
"Səbail": 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 97. Oruc Məmmədov 10. David Qomis (k) 3. Dmitro Litvin 99. İnnosent Nşuti 4. Marko Nikoliç 14. Süleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə 91. Tural Mirsultanov 22. Mirabdulla Abbasov 74. Yusif Nəbiyev 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 16. Emin Rüstəmov 67. Rəvan Abasov 44. Amir Bilali 7. Madi Queta 5. Gitay Sofir
Məşqçi: Elviun Məmmədov
"Araz-Naxçıvan" 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 16. Ramon Maçado 17. İssuf Paro 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 23. Nuno Rodriqes 14. Miço Kurmanoviç
Baş məşqçi: Elmar Baxşıyev
"Sabah" – "Qarabağ" 1:1
Qollar: Boyan Letiç, 76 // Redon Cica, 42 (p)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena", 20:00
"Sabah": 92. Stas Pokatilov 9. Anatoli Nuriyev 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 20. Coy Lens Mikels 18. Pavol Safranko (k) 40. İqor Noqeyra 3. Con İrasabal 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 89. Rauf Əyyubov 10. Namik Ələskərov 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev
5. Rəhman Daşdəmirov 15. Seymur Məmmədov 70. Cesse Sekidika 12. Vinsent Til 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Vasili Berezutski
"Qarabağ": 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 12. Sadiq Məmmədzadə 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov