Premyer Liqada qapısına ən çox “qıfıl” vuran kimdir?

23 Aprel 2025 01:20 Premyerliqa 673
Premyer Liqada qapısına ən çox “qıfıl” vuran kimdir?

Premyer Liqada ən çox quru oyun keçirən qapıçılar bəlli olub.

Sportinjfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın moldovalı qolkiperi Kristian Avram hamını qabaqlayır.

O, cari çempionatın 15 görüşündə qapısını toxunulmaz saxlayıb. “Zirə”nin əlcək sahibi Aydın Bayramovun hesabında 14 belə matç var.

İlk “üçlüy”ü İqor Konovalov qapayır. “Turan Tovuz”un rusiyalı legioneri 10 qarşılaşmada qol buraxmayıb.

Rojerio Santos (“Kəpəz”), Mateuş Koxalski (“Qarabağ") və Rikardo Fernandes (“Şamaxı”) hərəyə 8 quru oyun keçiriblər.

Cari mövsümdə 22 qapıçı meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO