COP29

AFFA-nın icraçı vitse-prezidenti: "Əsas məqsəd komanda sayının artırılmasıdır"

21 May 14:20 Premyerliqa 673
AFFA-nın icraçı vitse-prezidenti: "Əsas məqsəd komanda sayının artırılmasıdır"

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport" kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi Azərbaycan çempionatında klub sayının artırılmamasının səbəblərini açıqlayıb.

"Qərar verilərkən əsas götürülən məsələ bu idi ki, biz bu gün buna hazırıq, ya yox?

İnfrastruktur, hakimlik, yayım məsələlərini nəzərə alaraq təhlil etdikdən sonra bu qənaətə gəlindi ki, biz bu gün 12 komandaya hazır deyilik.

Gündəmdə olan məsələ çempionatda 10, yoxsa 12 komandanın olması idi. Daha artıq klub nəzərdə tutulmamışdı.

Yekunda İcraiyyə Komitəsi bu qərarı verdi ki, 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında 10 klub çıxış etsin.

Əsas məqsəd növbəti illərdə komanda sayının artırılmasıdır. Lakin bu konkret hansı mövsüm həyata keçəcək, bəlli deyil. Buna baxmayaraq, bu yöndə addımlar atılacaq", - Sərxan Hacıyev qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"