COP29

Azərbaycan çempionu Avropada 26 ölkənin bütün klublarını qabaqlayır

16 Aprel 00:40 Premyerliqa 476
Azərbaycan çempionu Avropada 26 ölkənin bütün klublarını qabaqlayır

“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır.

Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, Azərbaycan çempionu Premyer Liqanın geridə qalan hissəsində orta hesabla hər oyunda 2,40 xal qazanaraq buna nail olub.

Qurban Qurbanovun yetirmələri 30 görüşdə hesablarına 72 xal yazdırıblar. Qitənin yalnız 20 komandası bu baxımdan ağdamlılardan üstündür. Onlardan 10-u 5 ölkənin təmsilçisidir.

Belə ki, Türkiyə, Portuqaliya, San Marino, Cəbəllütariq və Çexiyanın hərəsinin 2 komandası ilk “20-liy”ə düşüb.

Yəni Azərbaycan Premyer Liqasının lideri Avropanın cəmi 15 fərqli ölkəsinin liqasında liderlik edən kollektivlərdən geri qalır. Niderland “Feyenoord”u və Andorra “İnter Eskaldes”i də eyni göstəriciyə malikdirlər.

“Qarabağ”ın çempionatdakı xal ehtiyatı hətta öz liqalarına başçılıq edən “Mançester Siti” (İngiltərə) və PSJ (Fransa) kimi nəhənglərdən də çoxdur.

Azərbaycan Premyer Liqasında çempionluğu öncədən rəsmiləşdirən “köhlən atlar” postsovet məkanı klubları arasında isə ən yüksək göstəriciyə sahibdir.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda cari mövsüm cəmi 2 görüşdə heç-heçə edərək xal itirib. TNS cari mövsüm orta hesabla hər matçda 2,87 xal toplayıb.

Almaniya Bundesliqasında ilk çempionluğunu təmin edən “Bayer 04” ikinci pillədə qərarlaşıb.

Türkiyə Superliqasında qızıl medalları hədəfləyən “Qalatasaray”la Niderlandın ən güclüsü olan PSV eyni göstəriciyə malikdirlər. Türkiyənin digər komandası “Fənərbağça” isə siyahıda ilk “5-liy”i qapayıb.

1. TNS (Uels) - 31 oyunda 89 xal: 2,87

2. “Bayer 04” (Almaniya) - 29 oyunda 79 xal: 2,72

3-4. PSV (Niderland) - 30 oyunda 81 xal: 2,70

3-4. “Qalatasaray” (Türkiyə) - 31 oyunda 84 xal: 2,70

5. “Fənərbağça” (Türkiyə) - 32 oyunda 85 xal: 2,65

6. “Sportinq” (Portuqaliya) - 28 oyunda 74 xal: 2,64

7. “Virtus” (San Marino) - 29 oyunda 76 xal: 2,62

8. “Linkoln” (Cəbəllütariq) - 20 oyunda 52 xal: 2,60

9. “İnter” (İtaliya) - 32 oyunda 83 xal: 2,59

10. “Srvena Zvezda” (Serbiya) – 30 oyunda 77 xal: 2,56

11. “La Florita” (San Marino) - 29 oyunda 74 xal: 2,55

12. “Real” (İspaniya) - 31 oyunda 78 xal: 2,51

13-15. “UE Santa Koloma (Andorra) – 22 oyunda 55 xal: 2,50

13-15. “Sparta” (Çexiya) - 28 oyunda 70 xal: 2,50

13-15. “Sent-Cozef” (Cəbəllütariq) - 20 oyunda 50 xal: 2,50

16. “Slovan” (Slovakiya) - 27 oyunda 67 xal: 2,48

17. “Floriana” (Malta) - 23 oyunda 57 xal: 2,47

18. “Ludoqorets” (Bolqarıstan) - 28 oyunda 69 xal: 2,46

19. “Slaviya” (Çexiya) - 28 oyunda 68 xal: 2,42

20. “Benfika” (Portuqaliya) - 29 oyunda 70 xal: 2,41

21-23. “Qarabağ” (Azərbaycan) - 30 oyunda 72 xal: 2,40

21-23. “Feyenoord” (Niderland) - 30 oyunda 72 xal: 2,40

21-23. “İnter Eskaldes” (Andorra) – 22 oyunda 53 xal: 2,40

Qeyd: araşdırma 2023/2024 mövsümündə 20 və ya daha çox tur keçirilən 41 ölkənin klubları arasında aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti