COP29

“Kəpəz”i Qəbələdə darmadağın etdilər

12 Fevral 17:00 Premyerliqa 919
“Kəpəz”i Qəbələdə darmadağın etdilər

Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında “Səbail” “Kəpəz”lə üz-üzə gəlib.

Gəncə şəhər stadionundakı yenidənqurma işləri ilə əlaqədar “Kəpəz” bu rəqibini də Qəbələdə qəbul edib.

Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. 29-cu dəqiqədə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.

Lakin gəncəlilər üstünlüyü qoruya bilməyiblər. Əvvəlcə 45+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom “skatus-kvo”nu bərpa edib.

Fasilədən dərhal sonra bakılılar önə keçiblər. 51-ci dəqiqədə Rüfət Abdullazadə yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb.

Bundan 9 dəqiqə sonra Suleyman Alluş cərimə meydançası daxilindən qüvvətli zərbə ilə toru silkələyib.

Niderlandlı yarımmüdafiəçi 90-cı dəqiqədə dublunu rəsmiləşdirib. Alluş müdafiə xəttinin kobud səhvini bağışlamayıb.

Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.

Turun ilk matçında "Qarabağ" "Sabah"la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.

12 fevral

15:00. “Kəpəz” – “Səbail” 1:4

Qollar: Martins Junior, 29 // Aleksandr Ramalinqom, 45+6 (pen), Rüfət Abdullazadə, 52, Süleyman Alluş 60, 90
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu

“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal

Baş məşqçi: Adil Şükürov

“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç
77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"