Azərbaycanda qazandıqları pulun qarşılığını verən əcnəbi baş məşqçilər - SİYAHI

25 May 2023 00:50 Premyerliqa 2 402
Azərbaycanda qazandıqları pulun qarşılığını verən əcnəbi baş məşqçilər - SİYAHI

Azərbaycan çempionatları tarixində mövsümü medalçılar sırasında bitirən əcnəbi baş məşqçilərin sayı 14-ə yüksəlib.

Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, bu, “Sabah”ın baş məşqçisi Murad Musayevin gümüş, “Neftçi”nin sükanı arxasında olan Laurentsiu Regekampfın bürünc mükafat qazanması ilə mümkün olub.

Onlar həm də üç mövsümlük fasilədən sonra komandasını ilk “üçlüy”ə daşımağı bacaran ilk əcnəbilərdir.

Murad Musayev Azərbaycan yüksək liqasında medal qazanan ikinci rusiyalı mütəxəssisdir. Ona qədər yalnız Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ” ilə “bürünc”ə yiyələnib.

Həmçinin, Laurentsiu Regekampf da Premyer Liqada mükafatçılar sırasına düşən ikinci rumıniyalı baş məşqçidir. Onun həmyerlisi Mirça Rednikin 2010/2011 mövsümündə rəhbərlik etdiyi “Xəzər Lənkəran” ikinci yeri tutub.

Ümumilikdə 4 ukraynalı, 2 türkiyəli, 2 rusiyalı, 2 rumıniyalı, 2 gürcüstanlı, 1 şimali makedoniyalı və 1 italiyalı mütəxəssis Azərbaycan çempionatında medal qazanmağı bacarıblar. Onlar ümumilikdə 22 dəfə mükafatçılar sırasına düşüblər.

Medal sayı baxımından rekordçu Kaxaber Sxadadzedir. “İnter”dəki (hazırkı “Şamaxı”) fəaliyyəti ilə tanınan gürcüstanlı bu komanda ilə 1 qızıl, 2 gümüş, 2 bürünc mükafata sahib çıxıb.

“Qəbələ”nin ukraynalı keçmiş baş məşqçisi Roman Qriqorçuk isə “qırmızı-qaralar”a 2 “gümüş”, 2 “bürünc” qazandırıb.

Digər ukraynalı Valentin Xodukin isə “İnter”ə bir çempionluq, bir ikincilik sevinci yaşadıb.

Azərbaycan çempionatında, eyni zamanda, Qyoko Haciyevski (Şimali Makedoniya) qızıl, Rasim Kara, Cüneyt Biçər (hər ikisi Türkiyə), Roberto Bordin (İtaliya) gümüş, Anatoli Demyanenko, Roman Pokora (hər ikisi Ukrayna) və Zaur Svanadze (Gürcüstan) bürünc mükafatçı olublar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"