“Barselona”lı müdafiəçi “Sabah”la oyunu buraxacaq

“Barselona”lı müdafiəçi “Sabah”la oyunu buraxacaq

“Barselona”nın müdafiəçisi Andreas Kristensenin Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la oyunu buraxacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun baş məşqçisi Hansi Flik məlumat verib.

Danimarkalı futbolçunun Bakıdakı qarşılaşmaya gah yetişəcəyi, gah da yetişməyəcəyi yazılırdı. Lakin Flik ötən həftə baldırından xəsarət alan Kristensenin Azərbaycana yollanan heyətdə yer almayacağını deyib.

Andreasdan fərqli olaraq, digər müdafiəçilər Jül Kunde və Erik Qarsiya artıq kollektivlə birgədirlər. Onlar hətta La Liqa çərçivəsində “Vilyarreal”la dünənki görüşdə (3:2) iştirak ediblər. Hər iki oyunçu Bakıya gələcək.

"Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!