"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, A Seriyası nəhənginin yarımmüdafiəçisi Antonio Verqara sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı futbolçunun budundakı ikibaşlı əzələdə ciddi zədə aşkarlanıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun Azərbaycan çempionuna qarşı oynamayacağı deməkdir.

Antonio Verqara "Napoli"nin yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Sabah"ın "Napoli" ilə oyunu 2027-ci ilin 20 yanvar tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!