Türkiyə millisinin sabiq baş məşqçisi Azərbaycanın iki klubundan təklif aldı

20:20 Premyerliqa 843
Türkiyə millisinin sabiq baş məşqçisi Azərbaycanın iki klubundan təklif aldı

Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı yenidən Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, 62 yaşlı mütəxəssis konkret olaraq Azərbaycan və İranda işləmək imkanı əldə edib. Ad açıqlanmasa da, onun ölkəmizdə iki komandadan təklif aldığı vurğulanıb.

Məşqçilik karyerası boyu ancaq ölkəsində çalışan Avcı bu təkliflərdən birini qəbul etsə, ilk dəfə xaricdə fəaliyyət göstərəcək.

Abdullah Avcı sonuncu dəfə 2023-24 mövsümündə “Trabzonspor”u çalışdırıb. Dəfələrlə onun adı yığmamızla və klublarımızla yanaşı çəkilsə də, heç bir halda xəbərlər doğru çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti