Premyer Liqamızda Lüksemburq izi - Mövsümün ilki

7 May 02:50 Premyerliqa 1 051
Premyer Liqamızda Lüksemburq izi - Mövsümün ilki

Premyer Liqanın cari mövsümündə daha bir ölkənin futbolçusu ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, Lüksemburq təmsilçisi cari mövsüm “siftə” edib.

Bu, 33-cü turda keçirilən “Araz-Naxçıvan” – “Sabah” matçına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşdə qonaqlara 1 xalı qazandıran qolun müəllifi 43-cü dəqiqədə Vinsent Till olub.

25 yaşlı yarımmüdafiəçi cari mövsüm çempionatımızda fərqlənən ilk lüksemburqludur.

Lüksemburq isə bu mövsüm Premyer Liqada futbolçusu qol vuran 41-ci ölkə olub.

Çempionatda təmsilçisi ən çox qol sevinci yaşayan ölkə Braziliyadır. Cənubi Amerika ölkəsinin oyunçuları 61 dəfə adlarını tabloya yazdırıblar.

Vinsent Till 2023-cü ilin yayından “Sabah”ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti