Premyer Liqada “radar”a düşüb, AFFA-ya cərimə ödəyənlər

8 May 2025 08:40 Premyerliqa 2 127
Premyer Liqada “radar”a düşüb, AFFA-ya cərimə ödəyənlər

AFFA ntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqada XXXIII turun “Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində “Zirə” klubunun 32 nömrəli futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Zirə” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Neftçi” – “Kəpəz” oyununun 70-ci dəqiqəsində “Neftçi” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır