“Kəpəz” və “Turan”ı Premyer Liqada kim(lər) çalışdıracaq?

27 Fevral 2021 00:42 Premyerliqa 2 009
“Kəpəz” və “Turan”ı Premyer Liqada kim(lər) çalışdıracaq?

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün 10 komandanın iştirakı ilə keçiriləcəyi böyük ölçüdə dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, apasport.az AFFA-nın elitaya qaytarmağa hazırlaşdığı “Kəpəz” və “Turan Tovuz”la bağlı planları artıq əldə edib.

Assosiasiya “Kəpəz”ə Mehman Allahverdiyevin rəhbərlik etməsinə qarşı deyil, amma Müşahidə Şurası yaratmaq şərtilə. Ancaq hazırkı çalışdırıcı Yaşar Vahabzadə həmin vaxt komandanın sükanı arxasında olmayacaq.

AFFA-nın istəyi aşağı yaş qrupu yığmalarından birini Vahabzadəyə tapşırmaq, Gəncə klubunun baş məşqçisi postuna isə bu şəhərdən olan Mahmud Qurbanovu gətirməkdir. Vidadi Rzayev də “Kəpəz”in əvəzedicilərində çalışacaq.

“Turan Tovuz”la bağlı plan da buna bənzərdir. Hazırda komandaya rəhbərlik edən İlham Yadullayev gələn mövsüm əvəzedicilərin baş məşqçisi kimi işləyəcək.

Əsas komandaya isə iki namizəd var – biri hazırda əsas millimizin köməkçi-məşqçisi Arif Əsədov, digəri isə U-16 yığmasının çalışdırıcısı Aqil Nəbiyevdir.

AFFA planında hər hansı bir dəyişiklik etməsə, mövsümün sonunda sadalanan yerdəyişmələrə əl atacaq.

Digər Xəbərlər
Xəbər Lenti