“Azərbaycan klubları bizdən 10 qat çox maaş verir"

26 Yanvar 21:00 Premyerliqa 696
“Azərbaycan klubları bizdən 10 qat çox maaş verir"

Tbilisi “Dinamo”sunun baş direktoru Zaza Dolidze Gürcüstan klublarının heyətə güclü futbolçular cəlb edə bilməmələrinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi bunu maliyyə problemi ilə əlaqələndirib.

O, bu mənada Gürcüstan klublarını Azərbaycan təmsilçiləri ilə müqayisə edib:

“Avropadan oyunçu gətirmək çox çətindir. Çünki Rusiya, Azərbaycan, Qazaxıstan və Serbiya kimi ölkələrdə futbolçulara bizim klublardan 10 qat çox maaş verirlər.

Bu səbəbdən böyük çempionatdan oyunçu gətirmək böyük riskdir. Futbolda bir nəfər heç nəyi dəyişə bilməz. Üstəlik, onun çempionata uyğunlaşmama, həmçinin zədələnmə ehtimalı var”.

Hazırda Azərbaycan Premyer Liqasında 3 gürcüstanlı futbolçu çıxış edir. Davit Volkov “Zirə”nin, Luka İmnadze “Səbail”in, Merab Qiqauri isə “Qəbələ”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 11:40 Abasova nə tövbə..?