"Neftçi” Azərbaycanda yeganə komanda oldu ki…

17 Sentyabr 2020 23:20 Neftçi 838
"Neftçi” Azərbaycanda yeganə komanda oldu ki…

“Neftçi” avrokuboklarda 75-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yubiley qoluna Mamadu Mbodj imza atıb.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Qalatasaray”la görüşündə fərqlənib. Bu, tarixində 66-cı avrokubok görüşünə çıxan “Neftçi”nin 75-ci qolu olub.

Mbodj həm də Türkiyə klublarının qapısına qol vuran ilk təmsilçimiz olub. İndiyədək Azərbaycan komandaları qonşu ölkə təmsilçilərinə "quru" hesabla uduzurdu.

“Turan” “Fənərbaxça”, “Kəpəz” “Antalyaspor”la duellərdə 7 cavabsız qol buraxıb. Hər iki dueldə oyunların birində 0:5, digərində 0:2 hesabı qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik