Öz hücumçusunu "Neftçi"yə təklif etdi – İRAN KLUBU

16 İyul 2020 10:52 Neftçi 1 578
Öz hücumçusunu "Neftçi"yə təklif etdi – İRAN KLUBU

«Sumqayıt»la 1,6 illik icarə müqaviləsi başa çatan Peyman Babayi yenidən Azərbaycana qayıda bilər.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın son mövsümündə 7 qol vuran iranlı hücumçu «Neftçi»yə təklif edilib.

«Maşinsazi» müqavilə ilə ona məxsus olan forvardı bu dəfə icarəyə vermək yox, birdəfəlik satmaq istəyir. Bunun üçün qiymət 70 min dollardan başlayır.

«Sumqayıt»ın Təbriz klubuna təzminat ödəməyə gücü çatmadı, əks halda, onunla yola edəcəkdilər. «Neftçi»nin isə «Maşinsazi» ilə münasibətləri dərindir.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

«Ağ-qaralar»ın idman direktoru Ceyhun Sultanov vaxtilə Cənubi Azərbaycan təmsilçisinin formasını geyinib. Bakılıların Saman Nəriman Cahanı da qış fasiləsində «Maşinsazi»dən heyətinə qatmasını xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu