"Sadıq Sadıqovu "Neftçi"nin prezidenti postuna gətirmək lazımdır"

30 May 2020 09:28 Neftçi 2 058
"Sadıq Sadıqovu "Neftçi"nin prezidenti postuna gətirmək lazımdır"

«Neftçi» azarkeşləri klub rəhbərliyindən kəskin narazıdır.

Baqali Dabonun kluba hörmətsiz yanaşaraq, «Apollon»la gizli müqavilə bağlaması onları daha da hiddətləndirib.

Fransalı hücumçunun Bakı təmsilçisi ilə sözləşməsinin bitməsinə hələ qalsa da, xəbərdarlıq etmədən Kipr komandasıyla danışıqlar aparması və anlaşmasına reaksiyalar birmənalıdır – mənfi.

«Neftçi» fanatlarından Zaur Ayvazov Sportinfo.az-ın səhifəsinə bu haqda yazıb:«Nə yapışmısız, bu Dabodan? Guya belə «bomba» oyunçudur ki? Yaxşı olsaydı, «Qəbələ»də oynayardı da. «Otxod» oyunçudu o. Yaxşı ki, özü rədd olub getdi.

Gör, «Neftçi»ni nə günə qoyublar, Dabo kimilərinə möhtac olub indi. Hamısını məqsədli şəkildə etdilər. Ümumiyyətlə, «Neftçi»də içi prezident qarışıq, hamısını qovmaq lazımdır.

Kluba futbol adamları cəlb olunmalıdır. Yoxsa ki, kimi gəldi, doldurublar kluba. Ona görə də «Neftçi» bugündədir. Adam baxır, dilxor olur. Hardadır klubda can qoymuş Samir Ələkbərov, Yunis Hüseynov, Kamal Quliyev, İqor Getman? Bəzilərini qeyd etmədim hələ.

Axtarsan, hamısı işsizdir. Dünənki uşaq-muşaqları doldurublar kluba, başları da çıxmır futboldan. Qoyun da, veteranlar öz sözünü desin, calışsınlar «Neftçi»də. Niyə istəmirsiz, sərf eləmir, eləmi?

Yoxsa məsələn, Nazim Süleymanov indiki klub prezidenti Kamran Quliyevdən pis idarə edər klubu? Nə qədər ki, futboldan anlayışı olmuyanlar çalışacaq, «Neftçi» elə bu vəziyyətdə ortabab klub kimi qalacaq.

Təcili klubda dəyişiklik olmalıdır. Ən azından, klub prezidentliyinə Sadıq Sadıqovu gətirmək lazımdır. İdarəçiliyi də vermək lazımdır veteranlara, «Neftçi»də can qoymuş keçmiş futbolçulara».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!