Kolumbiyalı "Qarabağ"a gəlir, yoxsa "Neftçi"yə? - VİDEO

25 May 14:36 Neftçi 1 105
Kolumbiyalı "Qarabağ"a gəlir, yoxsa "Neftçi"yə? - VİDEO

Azərbaycan klubları kolumbiyalı futbolçu Alexandro Bernala təklif göndərib.

Bu barədə 32 yaşlı yarımmüdafiəçi "Ligadeportiva" nəşrinə açıqlamasında bildirib.

O bildirib ki, karyerasını Azərbaycanda davam etdirmək şansı yaranıb. Bernal təklifi qəbul etməzdən əvvəl nəzərə alınmalı çox şey olduğunu vurğulayıb.

Alexandro Bernal 2016-cı ildə "Atletiko Nasyonal"ın heyətində Libertadores Kubokunu da qazanıb. O, hazırda azad agentdir.

Cənubi amerikalı ölkəmizdə hansı klublardan təklif aldığını açıqlamayıb. Ancaq yayılan söz-söhbətlərə görə, "Neftçi" ilə "Qarabağ" onun xidmətində maraqlıdır.

Sportinfo.az bununla bağlı hazırlanmış videonu təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 19:20 "Barselona"da qalacaq
27 Sentyabr 12:40 Nazir: "Biz istəyirik ki…"