"Mənim problemim "Neftçi"nin idman direktoru Ceyhun Sultanovladır"

19 Mart 2020 17:24 Neftçi 1 117
"Mənim problemim "Neftçi"nin idman direktoru Ceyhun Sultanovladır"

3 aya yaxın bir müddət keçsə də "Neftçi"nin iranlı transferi Saman Nəriman Cahan ətrafında qalmaqal bitmək bilmir.

Belə ki, futbolçunu "Neftçi"yə ilk təklif edən menecer Xanbaba Daşdı olsa da, o, bu transferdən heç bir xeyir qazana bilməyib.

Daha doğrusu "Neftçi" tərəfi onu aldadıb. Xanbaba Daşdı məsələ ilə bağlı Sportinfo.az-a tam detallı məlumat verib. O, bu transferdə əsas günahkarın "Neftçi"nin idman direktoru Ceyhun Sultanovu olduğunu bildirib:

"Ceyhun Sultanov artıq 1 ay olar yazdığım mesaja cavab vermir. Mən də ona nəsə yazmıram. Dilənçi deyiləm ki, hər gün nəsə yazım. Özü mətbuatda hər şeyi görür, amma heç bir reaksiya vermir.

Sanki belə bir şey olmayıb. Onun üçün vacib olan oyunçu idi. O da gəldi, oynayır, hamı da razıdır. Amma pul məsələsinə gələndə, səsləri çıxmır. Tutarlı bir faktları da yoxdur"

Menecer iddia edir ki, Sultanov onu son anda bu transferdən uzaqda tutub: "Bu, məsələdə sadəcə, məni mədəni sürətdə uzaqlaşdırdılar. "Neftçi"dən də büdcəsi böyük olan klublarla işləmişəm. Belə şeylə rastlaşmamışam.

Ceyhun Sultanovun "Maşinsazi"nin prezidenti ilə əla münasibətləri var. Bir yerdə futbol da oynayıblar. Məni transfer prosesindən kənarlaşdırmaqda məqsədi də birbaşa prezidentlə danışmaq olub.

Mən olanda bunu niyə etmirdi? Hansısa iranlı ortaya çıxanda niyə birbaşa prezidentlə əlaqəyə çıxdı?

Mənim problemim "Neftçi"nin idman direktoru Ceyhun Sultanovladır. Onunla birbaşa münasibətdə olmuşam. O, mənə söz verdi ki, futbolçunu gətirək, komissiya haqqı nə qədərdisə, təxminən o rəqəmin yarısını sənə verəcəyik.

Mən hətta bu təklifə də razı oldum ki, əsas odur, transfer "Neftçi"yə uğurlu olsun. "Neftçi" bizim öz klubumuzdu. Mən burda konkret qiymət açıqlamaq istəmirəm. Bu, etik cəhətdən düz deyil.

Saytlarda bu qədər yazılar gedir, amma o susur. Mən bunu şəxsən qəbul etməzdim. Cibimdən verərdim o pulu. Mənim haqqımdır. Demişəm ki, nə vaxta kimi haqqım verilməsə, mən haqqımı tələb edəcəm".

Menecer iddia edir ki, transferin son günündə bir andaca hansısa iranlı menecer ortaya atıldı: "Ceyhun Sultanov gecə mənə zəng vurdu ki, bəs, bu iranlı menecerlə danış. Mənə "bu oyunçunu gətirə bilərəm" deyir.

Mən də bildirdim ki, məni buna görə narahat etmə. O oyunçu gələcəksə, mənimlə gələcək, gəlməsə də, gəlməyəcək, belə söhbətlər lazım deyil.

Ceyhun ara-sıra bu meneceri mənə eşitdirirdi. Mən də demişdim ki, buna ehtiyac yoxdur. Futbolçu mənimlədir. Oyunçunu mən sizə təklif etmişəm, mən tapmışam. Atası ilə mən danışıram.

O həddə gətirdilər ki, atasına yığıb dedim, məsələni gülünc həddə gətirməyin. Ya həll edək, ya da bu iş burada bitsin. Harada görülüb ki, transfer danışıqları gedə-gedə ortada menecer varsa, klub rəhbərliyi futbolçu ilə birbaşa danışığa girsin?

Roberto Bordin, Füzuli Məmmədov, Ceyhun Sultanov birbaşa futbolçu ilə danışıb. Hətta pul məsələsini razılaşdırıblar. Bu məsələ hazırlanmış ssenari idi. Gunorta hər şey hazır idi.

Atası mənə dedi ki, klub da. baş məşqçi də icazə verib. Transfer bitmiş kimi bir şey idi. Heç nə olmadan axşam 7-də atası mənə telefonla səs göndərdi ki, bəs alınmır. klub bizdən 100 min dollar istəyir, "Neftçi" istəyirsə, gəlib bu pulu versin, yoxsa transfer baş tutmayacaq.

Mən də bu səsi Ceyhun Sultanova atdım. 2 saat sonra da zəng vurdum ki, fikriniz qətidirsə, mən "Maşınsazi"nin prezidenti ilə əlaqə saxlayım. Cavabları bu oldu ki, biz artıq başqa menecerlə bu transferi həll edirik.

Dedim, bu nə oyundur, edirsiz? Məncə, başqa menecerlə bu işi dəqiqləşdirib mənə oyun oynadılar. Mənə çatacaq məbləğ o qədər də böyük pul deyildi ki, ona görə bu boyda yalana əl atılsın. Ancaq Ceyhun Sultanov bu "oyun"u oynadı".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"