"Bordinlə problemim yox idi" - "Neftçi"nin legioneri

17 Fevral 2020 11:10 Neftçi 570
"Bordinlə problemim yox idi" -

Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi”-"Keşlə" (3:1) qarşılaşmasından sonra flaqmanın futbolçusu Mamadu Mboc sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az seneqallı müdafiəçinin müsahibəsini təqdim edir.

- Qış fasiləsindən sonra ilk qələbənizi qazandınız. Bu barədə nə deyə bilərsiniz?

- Olduqca vacib oyun idi. “Keşlə” güclü rəqibdir. Biz tam olaraq oyuna kökləndik və nəticəsi də göz önündədir.

- Əsas rəqibiniz, lider “Qarabağ”dan hələ 8 xal geri qalırsınız...

- Məqsədimiz “Qarabağ”a çatmaqdır. Bütün matçlarda qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

- Qış fasiləsindən sonra müntəzəm oynayırsınız və bu gün də qol vurdunuz. Deyəsən, Roberto Bordinin gedişindən ən çox "qazananlardan" biri də siz oldunuz?

- Bordinlə heç bir problemim yox idi. O, məni “Neftçi”yə gətirən insanlardan biri olub. Mənə ona lazım olduğumu dedi və bura gətirdi. Sadəcə, bu, seçim məsələsidir. Bordinin vaxtında hərdən oynayırdım. Amma aramızda heç bir problem olmayıb.

- Müdafiəçi olsanız da, yenə qol vurdunuz. Necə hissdir?

- Qola görə təbii ki, sevinirəm. Düzdür, qol vurmaq mənim işim deyil. Amma vurduğum qollar komandama kömək edirsə, xoşbəxtəm. Burada bəxt amili də var. Künc zərbəsindən sonra top başıma gəlir, mən də vururam.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Qəbələ səfərindən nə gözləyirsiniz?

- Biz çempion olmaq istəyirik. Çempionluq şansımızı saxlamaq istəyiriksə, hər oyunda qələbə qazanmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı