"Neftçi"nin təklifi ciddi olmadı: ”Bu qərarıma təsir göstərdi"

14 Fevral 2020 13:40 Neftçi 1 057
"Neftçi"nin təklifi ciddi olmadı: ”Bu qərarıma təsir göstərdi"

Roberto Bordinin istefasından sonra qış fasiləsində “Neftçi”nin baş məşqçisi postuna namizəd göstərilən Aleksey Baqa Azərbaycana yollanmaq variantını qəbul etməməsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, 2011-ci ildən ötən ilə qədər BATE-də çalışan belaruslu mütəxəssis “Jalgiris”lə anlaşmasını komandanın hədəfi və futbolçu heyəti ilə əlaqələndirib.

“Yagelloniya”, “Suduva”, “Neftçi”, “Əl-Raed” və “Əl-Taavun”dan təklif alan Baqa yeni komandasını sabiq klubu BATE-yə də bənzədib:

“Düzdür, variant çox idi. Əsasən keçmiş SSRİ ölkələrinin komandaları mənimlə əlaqə saxlamışdılar. Lakin digərləri ilə şifahi söhbət olmuşdusa, konkret təklif göndərən yeganə komanda “Jalgiris” oldu.

Qarşıya qoyulan hədəf, futbolçu heyəti və digər nüanslar bu variantı mənim üçün daha maraqlı etdi. Klub rəhbərliyi ilə tanışlıq məndə xoş təəssürat yaratdı, qərarıma təsir göstərdi”.

Digər Xəbərlər
Xəbər Lenti