“Qarabağ“la "Neftçi" “Qalatasaray”lı ulduzu istəmədi

25 Yanvar 2020 19:15 Neftçi 2 221
“Qarabağ“la "Neftçi" “Qalatasaray”lı ulduzu istəmədi

5 il “Qalatasaray”da forma geyinmiş "Liverpul"un keçmiş ulduzu Milan Baroş Azərbaycan klublarına təklif olunub.

Sportinfo.az-ın məlumatına görə, çexiyalı ulduzun menecerləri onun illik 220 min dollar qarşılığında ölkəmizə gələ biləcəyini açıqlayıb. Lakin “Qarabağ“ və “Neftçi“ də daxil, Premyer Liqamızın təmsilçiləri 38 yaşlı forvardın xidmətinə maraq göstərməyib.

İndi isə o, “Bursaspor”un maraq dairəsinə düşüb. Karyerasını “Banik"də (Ostrava) davam etdirən hücumçu lə maraqlanan Bursa təmsilçisi artıq danışıqlara başlayıb. Baroşun da yenidən Türkiyəyə qayıtmağa müsbət yanaşdığı qeyd edilib.

O, 2005-ci ildə “Liverpul"un heyətində Çempionlar Liqasını qazanıb. "Aslanlar"ın heyətində 2008-2013 cü illərdə çıxış edən Baroş "Banik"in yetirməsidir. Ostrava təmsilçisində 1998-2001, 2013, 2014-2015-ci illərdə forma geyinib.

Çexiya yığmasının sabiq forvardı 2016-cü ildə Azərbaycana gəlib. Həmin mövsüm "Slovan"ın formasını geyinən futbolçu Avropa Liqasının Bakıda keçirilən ilk oyununda (2:2) "Qarabağ"a qol vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"