"Neftçi" rəhbərliyini "ilişdirən" 500 min dollarlıq müqavilə

13 Yanvar 2020 21:02 Neftçi 1 562
"Neftçi" rəhbərliyini "ilişdirən" 500 min dollarlıq müqavilə

"Neftçi" Antalya toplanışına Roberto Bordinin rəhbərliyi altında yollanıb.

Amma bu, hələ o demək deyil ki, «ağ-qaralar»ın mövsümün qalan hissəsini italyanın başçılığı altında keçirəcəyi dəqiqləşib.

Klub rəhbərliyi ilə apenninli mütəxəssis arasında narazılıq aradan qalxmayıb. Kamran Quliyev və Ceyhun Sultanov qəti əmindir ki, Bordinin postunda qalması komandaya yaxşı nəsə vəd eləmir.

Onların namizədi var, adı bəllidir, özü də startdadır. Həmin məşqçi Füzuli Məmmədovdur. İdman direktoru yaxın qohumu olan Məmmədovu ilyarım öncə Bordinin köməkçisi təyin edib və o, bu gün də həmin yerdə çalışır.

Sadəcə, italiyalı mütəxəssis müqaviləni ikitərəfli pozmaq üçün ona təklif olunan şərtləri qəbul eləmədiyindən, Məmmədovun sükan arxasına əyləşməsi ləngiyir.

Sportinfo.az bununla bağlı müəyyən yeni məlumatlar əldə edib. Belə ki, 2018-ci ilin iyununda 2 illik kontrakta imza atan Bordinin anlaşmasında maliyyə ilə əlaqəli bir bənd indi rəhbərliyi çətin vəziyyətə salıb.

İlk mövsümündə 300 min dollar qazanan baş məşqçinin əməkhaqqısı cari "futbol ili"ndə yarım milyon dollara qaldırılıb. "Neftçi" ötən mövsüm Premyer Liqanın gümüş medalını əldə edib ki, bu da Kamran Quliyevi razı salıb.

Əslində, müqavilə imzalanarkən, Bordinin qarşısına şərt qoyulmayıb ki, çempion olmalıdır. Belədə ötiən yay sözləşmənin ikinci hissəsi avtomatik olaraq qüvvəyə minib.

Çempionatın sonuna 5 ay qalmasını nəzərə alan Bordinin 250 min dollar təzminat istəməsi bu səbəbdən məntiqlidir.

Digər Xəbərlər
Xəbər Lenti