"Neftçi" "yarımcan" "Səbail"lə bacarmadı - VİDEO

1 Dekabr 2019 18:05 Neftçi 794
"Neftçi" "yarımcan" "Səbail"lə bacarmadı - VİDEO

Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” “Səbail”lə üz-üzə gəlib. İlk dövrədə bu rəqibinə 2:1 hesabıyla qalib gəlmiş “ağ-qaralar” bu oyunda da qalib gəlməklə mövqeyini qorumağı hədəfləmişdi.

Xeyli müddətdi qələbəyə həsrət qalan “Səbail” isə uğursuz gedişata son qoymaq üçün meydana çıxmışdı. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.

Halbuki "Səbail"in matçın sonlarında bunun üçün çox gözəl şansı da olub. Amma Ağabala Ramazanov özü qazandığı penaltini boşa verib.

Digər Xəbərlər
Xəbər Lenti