“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi “Qarabağ”da

13:35 Neftçi 371
“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi “Qarabağ”da

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Dieqo Rosanı transfer edib. .

Klub rəsmi saytında braziliyalı futbolçunun keçidini açıqlayıb.

23 yaşlı dayaq yarımmüdafiəçisi olan Rosa Kiprin APOEL klubunda bir mövsümlük icarəyə götürülüb. O, ötən mövsüm bu komanda ilə 35 oyunda meydana çıxıb, 3 qol vurub, 3 qolun isə ötürməsini edib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa daha sonra “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Bu, “Qarabağ”ın bu yay 11-ci transferi olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!