“Neftçi”nin yeni transferi ilə bağlı 2022-yə təsadüf edən MARAQLI İNFORMASIYA

20:40 Neftçi 227
“Neftçi”nin yeni transferi ilə bağlı 2022-yə təsadüf edən MARAQLI İNFORMASIYA

“Neftçi”nin yeni transferi Draqolyub Saviçlə bağlı maraqlı fakt var.

“Araz-Naxçıvan”la qarşılaşmada ağ-qara formada debüt edən serbiyalı futbolçu bir neçə il əvvəl hazırkı komandasına qarşı oynayıb. Həm də indi ona doğma olan stadionda – “Palms Sports Arena”da.

2022-ci ilin yayında “Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə qarşılaşanda, Saviç Avstriya təmsilçisinin sıralarında olub.

Bakıdakı dueldə 73-cü dəqiqədə əvəzetmədən meydana daxil olsa da, Avstriyadakı görüşdə əvvəldən sona qədər ehtiyatda qalıb.

Səbəbkar Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:

“Əlbəttə, “Neftçi” adı mənə çox tanışdır. Bir neçə il əvvəl Bakıda, məhz bu stadionda “Rapid”in heyətində indiki komandama qarşı oynamışdım.

Səhv etmirəmsə, burada 1:2 hesabı ilə məğlub olmuşduq. Avstriyadakı cavab görüşündə əlavə vaxtda vurduğumuz qolla mərhələni adlamışdıq (əsas vaxt 1:0 hesabı ilə başa çatmış, əlavə olunmuş vaxtda “Rapid” daha 1 qol vurub Konfrans Liqasının pley-off mərhələsinə yüksəlmişdi – H.).

Həmin oyunlarda “Neftçi” xoş təsir bağışlamışdı. Heyət çox dəyişib. O vaxtkı heyətdən deyəsən yalnız kapitan “Neftçi”də qalıb (Emin Mahmudovu nəzərdə tutur - H).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti