"Neftçi"nin bu ölkədən olan hücumçuya təklif göndərdi - SON DƏQİQƏ

13:00 Neftçi 290
"Neftçi"nin bu ölkədən olan hücumçuya təklif göndərdi - SON DƏQİQƏ

Belajdi Pusi ilyarımlıq aradan

sonra Azərbaycana qayıda bilər.

"Neftçi"nin belə bir planı var. Paytaxt təmsilçisi albaniyalı hücumçunun xidmətində maraqlıdır.

"Ağ-qaralar" bu transfer üçün həm 28 yaşlı forvard, həm də onun müqavilə ilə məxsus olduğu "Fakel" ilə əlaqə saxlayıb. Bakılılar qarşı tərəfi şərtləri ilə tanış edib.

Ruslar 2025-ci ilin fevralında "Şamaxı"dan 150 min dollar qarşılığında sıralarına qatdığı Pusini satmağa razıdır.

Yetər ki, səbəbkarın özü şəxsi müqavilə şərtlərinə "hə" desin. Hazırda danışıqlar əsasən albanın özüylə gedir.

Yuri Vernidubun çalışdırdığı komanda bu yay 8 transfer əməliyyatını reallaşdırıb.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara", İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya) və Denzel Jubitana ("Atromitos", Yunanıstan) ilə müqavilə bağlanılıb.

Pusi ölkəmizdə iki klubun formasını geyinib. 2022-ci ilin yayında "Turan Tovuz"la müqavilə bağlayan ön xətt oyunçusu 2 il sonra "Şamaxı"nın yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti