Surinam millisinin hücumçusu "Neftçi"də - İki illik kontrakt

28 Avqust 22:20 Neftçi 815
Surinam millisinin hücumçusu "Neftçi"də - İki illik kontrakt

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana “ağ-qaralar”ın yeni üzvüdür. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

O, komandada 22 nömrəli formanı geyinəcək.

Qeyd olunub ki, əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq hücumda müxtəlif mövqelərdə oynaya bilir.

O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada