“Neftçi”də GÜNDƏM: Vernidub getməsini istədi, danışıqlar başladı

13:00 Neftçi 277
“Neftçi”də GÜNDƏM: Vernidub getməsini istədi, danışıqlar başladı

«Neftçi» daha bir legioneri ilə yollarını ayırmağa planlaşdırır.

Düşərgədən göndərilməsi gündəmdə olan Bassala Sambudur.

Bakılılar 2025-ci ilin əvvəlində sıralarına qatdığı ingiltərəli hücumçuya müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif edib.

«Ağ-qaralar» sözləşməsi 2027-ci ilin yayında bitəcək forvardı müəyyən təzminat qarşılığında yola gətirməyə çalışır.

Hazırda zədədən əziyyət çəkən və Premyer Liqanın yeni mövsümündə debüt etməyə imkan tapmayan 28 yaşlı britaniyalı danışıqlar hələlik tam sürətlə getmir. Buna səbəb Sambunun bu görüşmələrə həvəssiz yanaşmasıdır.

Adıçəkilən ön xətt oyunçusu ötən mövsüm Premyer Liqada 10 qol vurub. Bununla belə, o, Yuri Vernidubun rəğbətini qazana bilməyib.

Baş məşqçi sürətindən və mövqe seçimindən narazı qaldığı hücumçunu sərəncamında görməyə maraqlı deyil.

Ukraynalı çalışdırıcı bu mövqeyə daha hərəkətli və qol duyumu yüksək birini gətirmək niyyətində olduğunu rəhbərliyə elan edib. Onlar da öz növbəsində bununla razılaşıblar.

Paytaxt təmsilçisi mövsümlərarası fasilədə 9 nəfərlə vidalaşıb.

Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori, Ağadadaş Salyanski, İmad Faraj və Alessio Kurçi ilə yollar ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti