“Neftçi”də 1000 idi, oldu 2000 - Rəhbərlik səxavətli tərpəndi

27 Avqust 17:00 Neftçi 2 276
“Neftçi”də 1000 idi, oldu 2000 - Rəhbərlik səxavətli tərpəndi

Premyer Liqada yeni mövsümə uğurlu start verən «Neftçi»də sevinc sevincə qarışıb.

Klub rəhbərliyi mükafatı artırmaqla məşqçi və futbolçuların motivasiyasını qaldırıb.

Belə ki, ikinci turda «Araz-Naxçıvan»ı qəbul edən «ağ-qaralar» 5:0 hesablı qələbə qazanıb. Qeydə alınan darmadağında əziyyəti keçən hər oyunçuya 2000 manat verilib.

Paytaxt təmsilçisi hazırda 6 xala malikdir və turnir cədvəlinin liderlər qrupunda yer alıb.

Yuri Vernidubun çalışdırdığı kollektiv ilk turda «Sumqayıt»ı üstələyib. Səfərdən 3:1 hesablı qalibiyyətlə dönən bakılılar hərəyə 1000 manat irəli düşüb.

Güman ki, bu məbləğ get-gedə artırılacaq. Hər halda yönətim səxavət kisəsinin ağzını geniş açıb və uğur üçün heç nəyi əsirgəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada