“Neftçi”ni birini yola saldı, ikisini gətirir - SON DƏQİQƏ

27 Avqust 13:00 Neftçi 1 670
“Neftçi”ni birini yola saldı, ikisini gətirir - SON DƏQİQƏ

Dünən lüksemburqlu hücumçu Alessio Kurçi ilə vidalaşan «Neftçi» iki yeni transfer çalışmasını bitirmək üzrədir.

Bu barədə klubdan saytımıza məlumat daxil olub.

Redaksiyamıza verilən xəbərə görə. Yuri Vernidubun istədiyi iki legionerlə şəxsi müqavilə şərtləri razılaşdırılıb.

Onlardan biri hücumçu, digəri isə dayaq yarımmüdafiəçisidir. Hazırda hər iki oyunçunun klubu ilə keçidin reallaşması istiqamətində danışıqlar gedir.

Paytaxt təmsilçisi bu yay 9 nəfərlə yollarını ayırıb.

Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori, Ağadadaş Salyanski, İmad Faraj və Alessio Kurçi düşərgəni tərk edib.

Onların əvəzində isə aşağıda adları çəkilənlər kollektivə cəlb olunub:

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan) və Draqolyub Saviç (TSC, Serbiya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada