"Neftçi" və digərləri - Olan-qalan ümidlər də "ağ qaralar"la puç oldu

20:40 Neftçi 171
"Neftçi" və digərləri - Olan-qalan ümidlər də "ağ qaralar"la puç oldu

"Neftçi" fərqi, amma yarımçıq...

“Sabah” Çempionlar Liqasında tarix yazmağı bacardı.

“Bayquşlar” ilk dəfə qatıldığı nüfuzlu yarışın əsas mərhələsinə vəsiqə qazandı.

Buna pley-off mərhələsinin cavab görüşündə “Hapoel”i (Beer-Şeva) evdə darmadağın edərək (5:2) imza atdı.

Qazanılan uğurdan sonra Premyer Liqa klubları “Sabah”ı təbrik etmək üçün sıraya düzüldü.

Bu artıq ənənə halını alıb. Əvvəlki illərdə də “Qarabağ”ın uğuruna eyni reaksiyanı görmüşük.

Yalnız “Neftçi” yenə digər klublardan fərqli münasibət sərgiləməsi ilə gündəmə gəldi.

“Ağ-qaralar” daha əvvəl “Qarabağ”ı təbrik etmədiyi kimi, “Sabah”ın da uğurlarına reaksiya vermədi.

Və bu addımına görə yenə müəyyən tənqidlərə tuş gəldi.

Amma məsələyə bir qədər başqa prizmadan baxmaq da olar.

Bəlkə də “Neftçi” məhz buna görə fərqlənir.

Çünki rəqabət təkcə meydanda formalaşmır. Bəzən belə addımlar da klublar arasında rəqabət hissini diri saxlayır.

Kimsə bunu qınaya bilər, kiminsə xoşuna gəlməyə bilər.

Lakin futbolun içində rəqabət varsa, deməli, inkişaf, həyəcan, gərginlik, intriqa var.

“Neftçi” bu məsələdə digərlərindən fərqlənir.

Azərbaycan futbolunun illərdir çatışmayan tərəflərindən biri də məhz budur - rəqabət yoxluğu.

Yazını yenicə bitirirdim ki, xəbər aldım - "Neftçi" də digər klubların yolu ilə gedib.

Beləcə rəqabətlə bağlı olan-qalan zərrə ümidlər "Neftçi" ilə cücərdiyi kimi, elə "Neftçi" ilə də bitmiş oldu.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti