"Neftçi"yə yaraşmadı - Olmaz belə...

17:45 Neftçi 182
"Neftçi"yə yaraşmadı - Olmaz belə...

“Neftçi”yə yaraşmadı...

3 mövsüm aradan sonra “Neftçi” Premyer Liqada mövsümə qələbə ilə başladı.

Özü də səfərdə “Sumqayıt” üzərində qazanılan inamlı qələbə ilə.

Gözləmək olardı ki, mövsümün ilk ev oyununda “Neftçi” azarkeşləri komandalarının yanında olsun. Ən azı tribunlarda fərq yaradacaq qədər tamaşaçı görək.

Amma “Araz”la oyunda mənzərə heç də ürəkaçan olmadı.

Cəmi 1600 nəfər...

Onun də böyük əksəriyyəti alışdığımız "Forza Neftçi" azarkeşləri.

Bu rəqəm “Neftçi” kimi böyük tarixə, böyük azarkeş kütləsinə malik klub üçün çox azdır.

Komanda illər sonra sezona qələbə ilə başlayır, amma tribunalar boş qalırsa, burada düşünməyə dəyər çox şey var.

“Neftçi”yə belə mənzərə yaraşmadı!

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!