“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq.
Paytaxt klubu Misli Premyer Liqasının 19-cu turunda iki aparıcı legionerinin xidmətindən məhrumdur.
Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”la son görüşdə (4:0) hesabı açan İqor Ribeyro daha sonra sarı vərəqə alıb.
Dördüncü dəfə belə aqibətlə üzləşən braziliyalı cəzalı duruma düşüb.
“Qəbələ” ilə qarşıdakı matçı Freddi Varqas da buraxacaq. Venesuelalı yarımmüdafiəçi naxçıvanlılarla görüşdə ağır xəsarət alıb. Zərbə nəticəsində oyunçunun ayağında dəri qatı cırıldığına görə 7 tikiş qoyulub
. Bu həftə fərdi məşqlərə başlayacaq Varqas növbəti həftədən komanda ilə birgə məşqlərdə iştirak edəcək. O, həm də sarı vərəqə limitini doldurub.
“Neftçi” “Qəbələ” ilə fevralın 10-da üz-üzə gələcək.

