“Özümüzə hörmət etməliyik” – “Neftçi”nin futbolçusundan cəxsarətli açıqlama

21:20 Neftçi 283
“Özümüzə hörmət etməliyik” – “Neftçi”nin futbolçusundan cəxsarətli açıqlama

“Söhbət “Neftçi”dən gedirsə, hər oyuna qalib gəlmək üçün çıxmalıyıq. Başqa cür ola bilməz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “ağ-qaralar”ın futbolçusu Edvin Kuş qarşıdakı matçla bağlı danışarkən deyib.

Premyer Liqanın 18-ci turunda “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi devralın 10-da qış fasiləsindən sonra məğlub olmayan “Qəbələ”ni qəbul edəcək.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv “Şamaxı” ilə “İmişli”ni məğlub edib, həftəiçi “Sabah”la kubok qarşılaşmasında qolsuz bərabərə qalıb.

Monteneqrolu yarımmüdafiəçi cəsarətli açıqlamalarla diqqət çəkib:

“Rəqiblərin hansı nəticə göstərməsi bizi maraqlandırmır. Və heç bir komandadan qorxmuruq.

Sadəcə bəzən istədikləriimizi həyata keçirə bilirik, bəzən alınmır.

“Qəbələ” qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Rəqibə hörmətlə yanaşırıq. Lakin ilk növbədə özümüzə hörmət etməliyik.

“Qəbələ”ni ilk dövrədə məğlub etməyimiz, yaxud kubokda “Sabah”la oyundan sonra yorğun olması – bu kimi şeyləri düşünməməliyik. Əsas diqqəti öz oyunumuza ayırmalıyıq.

Layiq olduğumuz mövqedə deyilik. Haqq etdiyimiz yerdə olmaq üçün “Araz-Naxçıvan”la oyunda etdiklərimizdən daha artığını bacarmalıyıq.

Rahatlıqdan qətiyyən söhbət gedə bilməz. Bundan sonra bütün matçlardan qələbə ilə ayrılıb, “Neftçi”nin formasını geyindiyimizi sübut etmək üçün əlimizdən gələni edəcəyik”.

Fevralın 10-da “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti