“Neftçi” yeni transfer xəbərini niyə hələ açıqlaya bilmir?

13:00 Neftçi 335
“Neftçi” yeni transfer xəbərini niyə hələ açıqlaya bilmir?

“Neftçi”nin "Etnikos"un (Kipr) braziliyalı vinger Breno Almeydanın transferində maraqlı olmasından xəbərdarsız.

Bu söhbət həftələrdir gedir. İki gün öncə Kipr media danışıqların yekunlaşmaq üzrə olması haqda yeni xəbər yayıb.

“Neftçi”dən aldığımız məlumata görə, keçidin reallaşmaq ehtimalı kifayət qədər yüksəkdir.

Bildirilib ki, ”Etnikos”la təzminatın məbləğini razılaşdırmaq mümkün olub. Lakin məbləğ kiprli həmkarlarımızın iddia etdiyi kimi, yəni, 100 min avro deyil.

Qarşı tərəfə çatacaq kompensasiyanın miqdarı göstərilən rəqəmdən bir qədər çoxdur.

Sadəcə, səbəbkarın özünün bəzi şərtləri var ki, hazırda bu istiqamətdə bir-iki xırda fikir ayrılığı mövcuddur. Bakılıların anlaşma barədə hələ də rəsmi açıqlama yaymamasının səbəbi budur.

Bu detallar da çözülsə, Almeyda ilə 1,5+1 illik müqavilə imzalanması nəzərdə tutulub.

Breno Almeyda 2024-cü ilin yayından “Etnikos”da çıxış edir.

“Sambaçı” bu mövsüm Kipr təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

27 yaşlı cənubi amerikalı karyerası ərzində “Fiqueyrense”, “Jeddah”, “Retro”, “Valetta”, “Sampayo” klublarında oynayıb.

SPORTİNFO.AZ

AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti