“Neftçi”nin legionerinin ayağında dəri qatı cırıldı, 7 tikiş qoyuldu - FOTO

12:40 Neftçi 348
“Neftçi”nin legionerinin ayağında dəri qatı cırıldı, 7 tikiş qoyuldu - FOTO

"Neftçi"nin legioneri Freddi Varqasın ayağına yeddi tikiş qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.

Klub rəsmisi Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:

"Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıldığına görə 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq.

Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq".

"Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib. Bakı klub XIX turda "Qəbələ"ni qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti