"Etnikos"un (Kipr) braziliyalı vinger Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək.
“Neftçi”nin onunla anlaşması barədə Kipr mediasının yaydığı son xəbər doğrudur.
Klubdan dəqiqləşdirdiyimiz məlumata görə, “sambaçı“ Bakıya dəvət olunub.
Tərəflər transfer məbləği ilə bağlı artıq ortaq məxrəcə gəlib. Cənubi amerikalının özü də “Neftçi”yə keçməyə razıdır. Almeyda ilə 1,5+1 illik müqavilə imzalanması nəzərdə tutulub.
"Neftçi" 27 yaşlı əcnəbiyə görə "Etnikos"a təzminat ödəyəcək.
Lakin məbləğ yerli həmkarlarımızın iddia etdiyi kimi, yəni, 100 min avro deyil. Qarşı tərəfə çatacaq kompensasiyanın miqdarı göstərilən rəqəmdən bir qnədər çoxdur.
Breno Almeyda 2024-cü ilin yayından “Etnikos”da çıxış edir.
“Sambaçı” bu mövsüm Kipr təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ


