İlk “3-lük”dən uzaq düşən “Neftçi” ötən həftə “kəfəni yırtmağı” bacardı.
17-ci turda “Zirə”ylə bərabərə qalaraq vbacib 2 xal itirən “ağ-qaralar” “Araz-Naxçıvan”ı darmadağın etməklə avrokuboklara vəsiqə mübarizəsi aparanlara “mən də varam” dedi – 4:0.
Soyuq hava şəraitinə baxmayaraq, “Liv Bona Dea Arena”ya təxminən 200 nəfərlə təşrif buyuran “Forza Neftçi”nin sevincini görməyə dəyərdi.
Oyunboyu susmaq bilmədən sevimli komandasına dəstək verən azarkeşlər hər vurulan qoldan sonra qonaqlar üçün ayrılmış tribunada əsl bayram havası yaradırdı.
Hakimin final fitindən sonra yaranan mənzərə isə “Forza Neftçi”nin üzvlərinin parlaq qələbənin intizarında olduğunun göstəricisi idi.
Futbolçuları tribunanın önünə səsləyən azarkeşlər 4:0-ı onlarla birlikdə qeyd etdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

