Premyer Liqanın 18-ci turunda «Araz-Naxçıvan»a qalib gələn «Neftçi»nin futbolçularının qazancı məlum olub.
«Ağ-qaralar» 4:0 hesablı qələbəyə görə 5000 manat əldə edib. Bu, maksimum rəqəm deyil.
Mükafatlandırma sistemi üç kateqoriyaya bölünüb. «Qarabağ» və «Sabah»la matçlara görə ödəniləcək məbləğ 10000 manat civarında olacaq.
«Zirə», «Turan Tovuz» və «Araz»la görüşlərdə qeydə alınacaq müsbət nəticələrin qarşılığı 5000 təşkil edəcək.
Digər komandarla duellərdə əldə olunacaq 3 xal isə onları 3000 manat varlandıracaq.
Hazırda aktivində 24 xal olan «Neftçi» turnir cədvəlinin 7-ci pilləsində qəarlaşıb. Bakılıları üçüncü yerdən 6 xal ayırır.
SPORTİNFO.AZ

