“Araz-Naxçıvan”la oyun bizim üçün yaxşı keçdi.
Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik, intensivliyi artırdıq. Qış toplanışında da o, bizdən məhz bunu istəyirdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Andrey Ştoqrin Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Ukraynalı “Neftçi”nin 4:0 hesablı qələbəsinin gözlənilməz olması fikrinə belə münasibət bildirib:
“Məqsədimiz bu cür qələbələrin, nəticələrin adiləşməsidir. Çalışacağıq ki, növbəti matçlarda da bu cür qələbələrlə azarkeşlərimizi sevindirək”.

