“Neftçi” 34 aydan sonra ilk dəfə…

3 Fevral 23:40 Neftçi 185
“Neftçi” 34 aydan sonra ilk dəfə…

“Neftçi” azarkeşlərinin üzü gülür.

Sevimli komandaları nəhayət ki, onların üzünü güldürməyi bacardı.

Həm inamlı oyun, həm də arzulanan nəticə ilə.

“Ağ-qaralar” səfər qarşılaşmasında “Araz-Naxçıvan”ın daşını daş üstə qoymayaraq 4:0 hesablı qələbəyə sevindi.

Oyun başa çatandan sonra ortaya çıxan suallardan biri son illər iddialarından uzaq düşən “Neftçi”nin Premyer Liqada sonuncu dəfə 4 top fərqi ilə nə vaxt qələbə qazanmasıydı.

Bu hadisə təxminən 2 il bundan əvvəl yaşanıb.

2023/24 mövsümünün 34-cü turunda “Kəpəz”I qəbul edən paytaxt təmsilçisi doğma meydanda 5:1-lik qalibiyyət əldə edib.

Bu, təxminən 21 ay əvvəl – 2024-cü ilin mayın 10-da yaşanıb.

4 top fərqli səfər qələbəsi də uzaq tarixə söykənir.

2022/23 mövsümünün 34-cü turunda, komandanı Laurentsiu Regekampf çalışdıranda, “ağ-qaralar” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub etməyi bacarıb.

“Kapital Bank Arena”da 29-cu tur çərçivəsində gerçəkləşən duel 2023-cü ilin aprelin 8-nə təsadüf edib.

Yəni “Neftçi” sonuncu dəfə səfərdə 4 top fərqi ilə təxminən 3 il, dəqiq desək, 34 ay əvvəl qalib gəlmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!