Vernidubu “Neftçi”də yalnız bu saxlayacaq - O, həmin çarəni tapdı

16:00 Neftçi 296
Vernidubu “Neftçi”də yalnız bu saxlayacaq - O, həmin çarəni tapdı

Yuri Vernidub «Neftçi» ilə ilk böyükhesablı qələbəsinə Mərdəkanda imza atdı.

Ev sahiblərinə hər hissədə iki cavabsız qol vurdular.

Qol sayı və qeydə alınan nəticə əladır. İki aya yaxındır burada olan yeni baş məşqçinin tədricən komandanı toparladığını, futbolçuların fiziki hazırlığını qaldırdığını söyləməliyik.

Hazırkı məqamda ən vacib detal budur. Çünki mövsümün ilk yarısında izlədiyimiz «Neftçi»nin fiziki hazırlığı çox aşağı olub.

Samir Abasov zamanını boş-boş işlərə sərf edib demək. Ayaqda güc yoxdursa, futbolçu qaça, 90 dəqiqəni eyni tempdə davam etdirə bilməz.

Vernidub ən zəif nöqtəni düzgün tapıb, onun üzərində işləyib.

«Neftçi»nin futbolçuları artıq qaçır, meydanboyu hərəkətdədir. «Araz»a üçüncü zonada pressinq tətbiq etdilər.

65-70-ci dəqiqədən sonra rəqibin üzərinə yeriməsini, topla meydanın mərkəzini keçməsini əngəlləməsini nə vaxt görmüşdüm, düzü, heç yadıma gəlmir.

Vernidub gözəl oyunun «başını buraxıb». Daha komandasından bunu nə istəyir, nə gözləyir, nə də tələb edir.

Onu maraqlandıran bircə nəticədir. Analizlər onda bu qənaəti yaradıb ki, «Neftçi»də qalmağın, yayda od-alovun - Ukraynanın içinə belə tez qayıtmamağın yeganə yolu nəticə qazanmaqdır.

Odur ki, Vernidubun qarşıdakı həftələrdə «Neftçi»yə hücum futbolu oynadacağını gözləməyin.

O, hər dəfə rəqibə uyğun taktika seçəcək, fərqli sistemlərə üstünlük verəcək.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti