“Neftçi” özünə 200-cü “qol silahı” tapdı

00:50 Neftçi 94
“Neftçi” özünə 200-cü “qol silahı” tapdı

İqor Ribeyro “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Misli Premyer Liqasının 18-ci turunda fərqlənib.

O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı.

İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.

“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.

"Ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!