“Neftçi” Premyer Liqanın 18-ci turunu qələbə ilə başa vurmağı bacardı.
“Araz-Naxçıvan”la qarşılaşmada parlaq oyun göstərən “ağ-qaralar” 4:0 hesablı qalibiyyəti bayram etdi.
Paytaxt təmsilçisi əsas rəqiblərindən biri üzərində darmadağına sevinsə də, iki futbolçunu itirdi.
Oyunun gedşində sarı vərəqə ilə cəzalanan İqor Ribeyro ilə Freddi Varqas növbəti turda “Qəbələ”yə qarşı oynaya bilməyəcəklər.
Hər iki əcnəbi “sarı” limitini doldurduğuna görə görüşü kənardan izləyəcək.
“Araz-Naxçıvan”la oyunda xəstəlik səbəbindən meydana çıxmaqdan məhrum olan Cordan Rezabala ilə İmad Farajın durumuna həftəiçi aydınlıq gələcək.
Səhhətləri kollektiv məşqlərdə tər tökməyə imkan versə, “Qəbələ”ylə qarşılaşmada forma şansı qazanacaqlar. Əks halda, çətin.
Fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” dueli saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

