“Neftçi” icarəyə vermək istədi, cavabı konkret oldu - GETMİRƏM!

13:00 Neftçi 361
“Neftçi” icarəyə vermək istədi, cavabı konkret oldu - GETMİRƏM!

Ağadadaş Salyanski «Neftçi»ni tərk etmək istəməyib. Klub rəhbərliyinin ona normal təklif irəli sürməsinə baxmayaraq.

21 yaşlı hücumçuya bildirilib ki, hazırda burada əsas heyətə düşmək, ümumiyyətlə, oynamaq şansı azdır.

Odur ki, icarə əsasında başqa komandaya yollanmasına şərait yaratmağa hazırdırlar. Çünki «Şamaxı» başda olmaqla, Premyer Liqanın 2-3 klubu onu 5 aylıq icarəyə götürmək məqsədilə «ağ-qaralar»ın qapısını döyüb.

Salyanski isə düşərgəni dəyişmək istəmədiyini bildirib. O, gələcəyini də yetirməsi olduğu «Neftçi»də gördüyünü söyləyib.

Gənc forvard Yuri Vernidubun etimadını qazanmaqdan ötrü əlindən gələni əsirgəməyəcəyini iddia eləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti