“Bunu edə bilsək, qələbə qazanacağıq” - “Neftçi”dən ümidverici AÇIQLAMA

15:40 Neftçi 125
“Bunu edə bilsək, qələbə qazanacağıq” - “Neftçi”dən ümidverici AÇIQLAMA

Premyer Liqada işləri qaydasında getməyən “Neftçi” növbəti sınmaqla üz-üzədir.

Ötən həftə doğma meydanda “Zirə” ilə qolsuz bərabərə qalan “ağ-qaralar” bu dəfə əsas rəqiblərindən biri “Araz-Naxçıvan”la qarşılaşacaq.

Bu dəfəki matç təkcə avrokuboklara vəsiqələrə iddialıların yox, həm də ukraynalı çalışdırıcılar – Andrey Demçenko ilə Yuri Vernidubun dueli kimi yadda qalacaq.

Məğlubiyyət, hətta heç-heçənin özü belə, bakılılar üçün ciddi təhlükə yaradacaq, avrokubok şansları minimuma enəcək.

Əsas heyətdəki yerini təmin edən İfeanyi Metyu da bu cür düşünür.

Nigeriyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı bunları deyib:

“Tək bizim üçün yox, hər iki komanda üçün vacib görüşdür. Bizim kimi onlar da ilk sıralar uğrunda mübarizə aparır.

Bura qədər xal itkisi ilə bağlı limiti doldurmuşuq. Bundan sonra qələbələri sıralamalıyıq.

“Araz” hər nə qədər layiqli rəqib olsa da, komandamızın gücünə inanıram. Əlimizə düşən şansları qola çevirə bilsək, qələbə qazanacağıq.

Qol fürsəti yaratmaq baxımından problemimiz yoxdur. Əsas problem bitiriciliklə bağlıdır.

Qazanacağımız mümkün qələbə növbət oyunalarda bizə motivasiya verəcək”.

Fevralın 1-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"