«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyevlə İbrahim Vadji arasında gərginlik yaşanıb.
Buna səbəb Premyer Liqanın 17-ci turunda qeydə alınan hadisədir.
Belə ki, seneqallı hücumçu «Sumqayıt»la görüşün (2:1) 66-cı dəqiqəsində Jo Santosla əvəzlənməsinə sərt etiraz edib.
«Qarabağ»ın sabiq forvardı meydandan alınmasına hirslənərək, Berdiyev və köməkçilərinə narazılığını bildirib.
Rusiyalı çalışdırıcı qarşılaşmadan sonra bu olayın üstünə qayıdıb.
«Baba» ləqəbli mütəxəssis Vadjiyə barmaq silkələyib, eyni halın növbəti dəfə təkrarlanacağı təqdirdə, onu komandadan uzaqlaşdıracağı ilə hədələyib. 74 yaşlı sükançı hər hansı qərarına sərt reaksiyanı qəbul etmədiyini xatırladıb.
Ümumiyyətlə, Vadji Berdiyevi bəyənmir. Ötən ilin yayında «Sent Etyen»dən gəlmiş forvard baş məşqçidən dəfələrlə rəsmilərə şikayətlənb.
O «Baba»nın oynatdığı futbolun komandanı uğura aparacağına inanmadığını söyləyib. Hətta bura gəlmək qərarı verdiyi üçün peşmanlıq hissi keçirdiyini etiraf edib.
SPORTİNFO.AZ

