“Bütün rəqiblər “Neftçi”yə qarşı müdafiə futbolu oynayır” – Ürəyi açıldı

21:00 Neftçi 173
“Bütün rəqiblər “Neftçi”yə qarşı müdafiə futbolu oynayır” – Ürəyi açıldı

“Premyer Liqada asan rəqib yoxdur. Hər birinin özünə görə üstün tərəfləri var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri İmad Faraj deyib.

Ötən həftə öz meydanında “Zirə”nin müqavimətini qıra bilməyən “ağ-qaralar” bu dəfə daha bir iddialı “Araz-Naxçıvan”ın qonağı olacaq.

Ukraynalı baş məşqçilər Yuri Vernidubla Andrey Demçenkonun rəhbərlik etdiyi komandaların dueli səbrsizliklə gözlənilir.

Paytaxt təmsilçisinin fransalı “11 nömrə”si vacib qarşılaşmada qələbə hədəfini açıq şəkildə bəyan edib:

“Bura gəldiyim gündən gördüyüm odur ki, bütün rəqiblər “Neftçi”yə qarşı qapanır, müdafiədən oynayır. Yalnız “Qarabağ”la görüşdə açıq futbol izlədim.

“Araz-Naxçıvan” layiqli rəqibdir. Lakin biz diqqəti özümüzə ayırmalıyıq. Əlimizə düşən 1-2 imkan varsa belə, onu qola çevirməliyik. Çünki hər matçda real qol fürsətlərini boşa veririk.

Artıq xal itirmək limiti bitib. Bundan sonra ancaq qələbə qazanmalıyıq. “Araz”la oyunda 3 xal qazanmaq üçün meydanda canımızı qoyacağıq. Bu, bizim üçün dönüş nöqtəsi ola bilər”.

Fevralın 1-də “Liv Bona Dea Arena” keçiriləcək oyun saat 16:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”